Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bakıda polo üzrə Dünya Kuboku başlayır
Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə 13-15 sentyabr tarixlərində VII Arena Polo üzrə Dünya Kuboku keçiriləcək.
Oxu.Az xəbər verir ki, hər il olduğu kimi, bu il də ölkəmizin də yer aldığı turnirdə dünyanın dörd müxtəlif ölkəsini təmsil edən komandalar iştirak edəcək.
Bunlar Azərbaycanla yanaşı, Rusiya, Almaniya və İsveçrənin yerli klub komandalarıdır. Hər komanda üç oyunçu ilə təmsil olunacaq. Oyunlar "Elite Horse and Polo Club"da yerləşən meydançada hər gün saat 15:00-da baş tutacaq.
Püşkatmanın nəticələrinə əsasən ilk oyun Azərbaycanı təmsil edəcək olan "Elite Horse & Polo Club Baku" və İsveçrəni təmsil edəcək "Evviva Polo Club St. Moritz" arasında oynanılacaq. Günün ikinci oyunu Almaniyanı təmsil edəcək olan “Los Nocheros Polo Club Münster” və Rusiyanı təmsil edəcək olan "Planernaya Polo Club Moscow" komandaları arasında olacaq.
Turnirin ikinci günü, yəni sentyabrın 14-də günün açılış oyunu İsveçrə təmsilçisi "Evviva Polo Club St. Moritz" və Almaniya təmsilçisi "Los Nocheros Polo Club Münster" arasında baş tutacaq. İkinci oyun isə təmsilçimiz "Elite Horse & Polo Club Baku" və "Planernaya Polo Club Moscow" komandaları arasında keçiriləcək.
Final günü, 15 sentyabrda üçüncülük uğrunda mübarizə saat 15:00-da başlayacaq. Final görüşü isə 16:15-də iki ən güclü komanda arasında baş tutacaq. Turnirin qalibi bu görüş nəticəsində bəlli olacaq.
Onu da nəzərinizə çatdıraq ki, 2020-ci ildə 10-20 sentyabr tarixlərində baş tutacaq səkkiz komandanın iştirakı ilə gözlənilən polo üzrə Avropa çempionatına Azərbaycan ev sahibliyi edəcək.
"Almaniya" teqi üzrə xəbərlər
- Almaniyadan Rusiya ilə müharibə üçün 1000 səhifəlik məxfi plan barədə RƏSMİ AÇIQLAMA
- Bu xəbərləri qaçırmayın: 21.11.2024-ün ən mühüm hadisələri
- Annalena Berbok: "İqlim maliyyəsi sahəsində əməkdaşlığın genişləndirilməsi vacibdir"
- Almaniyada maraqlı hadisə: Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
Rəylər