15 
Noy
2019
13:21
202
23
3300
Virtual karabakh

"Lord" Ramal dünya kəməri döyüşünə dəvət aldı

15 Noy, 2019
13:21
3300

"Lord" Ramal dünya kəməri döyüşünə dəvət aldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kikboksinq üzrə dünya çempionu olan Ramal Aslanova daha bir yarışdan təklif gəlib.

Oxu.Az-a bu barədə məlumatı Ramal “Lord” Aslanovun şəxsi məşqçisi Hakim Hacıyev xəbər verib.

Onun sözlərinə görə, kikboksinqin WAKO versiyası üzrə 75 kq-da çempion olması onun dünya ictimaiyyətinin diqqət mərkəzinə düşməsinə səbəb olub:

“Bildiyiniz kimi, ötən ay Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda kikboksinq üzrə dünya çempionatında tələbəm Ramal Aslanov ilk dəfə qızıl medal qazandı. Bu üzdən də WAKO-dan ona daha bir təklif gəlib. Rusiyanın Çelyabinsk şəhərində may ayında dünya kəməri uğrunda döyüş gecəsi təşkil olunacaq.

Ramal 75 kq çəki dərəcəsində çempion olsa da, daha çox əvvəllər 71 kq-da çıxış etdiyindən, bu çəkinin ən güclüsünü müəyyənləşdirməyə çalışacaq. Onun rəqibi hələ ki bilinmir. Böyük ehtimalla, onun rəqibinin adına Yeni ildən sonra aydınlıq gələcək”.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri