“MMA Junkie” nəşri 2010-cu ildən 2019-cu ilə qədər qarışıq döyüş üslubunun ən yaxşı döyüşçüləri haqqında silsilə yazılara başlayıb.
Portalda rusiyalı Həbib Nurməhəmmədov haqqında da material yerləşdirilib. Bu barədə Lenta.ru xəbər verib.
Nəşr 31 yaşlı rusiyalı döyüşçünü ən yaxşı 10 döyüşçü arasında səkkizinci yerdə sıralayıb. O, braziliyalı Joze Aldanı (9) və amerikalı Maks Holloueyanı (10) qabaqlayıb.
Yeddinci sırada UFC-də çıxışları ilə tanınan Ronda Rouzi yerləşib.
Onilliyin ən yaxşı döyüşçülərinin tam siyahısı ilin sonunda dərc olunacaq.
Nurməhəmmədov UFC-nin yüngül çəkidə fəaliyyətdə olan döyüşçüsüdür. Aprelin 18-də rusiyalı döyüşçü titulunu qorumaq üçün üçüncü dəfə mübarizə aparacaq. Onun rəqibi amerikalı Toni Ferqyusondur.
Nurməhəmmədov çəki kateqoriyası istisna olmaqla UFC döyüşçüləri reytinqində ikinci yerdədir. Rusiyalı döyüşçü amerikalı Con Consdan geri qalır.
Toni Ferqyuson kimi Həbib Nurməhəmmədov da ardıcıl qələbələrin sayına görə təşkilatın hazırkı döyüşçüləri arasında ən yaxşısıdır (12).
Rəylər