31 
Mar
2020
11:48
200
50
6209
Virtual karabakh

Almaniyalı mütəxəssis: “Koronavirus olmasaydı, indi Azərbaycanda mühazirə oxuyurdum”

31 Mar, 2020
11:48
6209

Almaniyalı mütəxəssis: “Koronavirus olmasaydı, indi Azərbaycanda mühazirə oxuyurdum”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mən mütəxəssislərin koronavirusla bağlı məsləhətlərinə ciddi riayət edirəm”.

Oxu.Az xəbər verir ki, bunu almaniyalı məşqçi Bernd Ştanqe deyib.

O, Alman Xəbər Agentliyinə açıqlamasında İraq millisini 2002-2004-cü illərdə çalışdırdığını, bu ölkədə xatırlandığını bildirib. Yerli federasiya ondan İraq əhalisinə evdən çölə çıxmamaqla bağlı videoçağırış etməsini istəyib.

İraqdan başqa, milli komandalardan Şərqi Almaniya, Oman, Belarus, Sinqapur və Suriyanı çalışdırmış 72 yaşlı mütəxəssis Ukrayna, Avstraliya və Kipr klublarında baş məşqçi kimi də iş təcrübəsinə malikdir. Onu Belarus və Azərbaycandan mühazirələr oxumağa çağırırlar. Lakin koronavirus buna imkan vermir:

“İndi mühazirələr oxuyuram. Belarus və Azərbaycanda olmalı idim. Ancaq koronavirus səbəbindən gedə bilmədim.

Ümid edirəm ki, koronavirus bu böhranı azaltmaq üçün dünyada həmrəylik formalaşdıracaq. Hazırda hər şey ikinci plandadır. Yalnız koronavirus qalıb. Ümidvaram ki, dünya koronavirusun həyəcan siqnalını görəcək.

Biz aclıq, su çatışmazlığı və ya malyariya problemlərini həll etməyə, ölüm səviyyəsini aşağı salmağa qadirik”.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri