Azərbaycan Tennis Federasiyasında kadr dəyişikliyi olmayıb.
Bu barədə federasiyanın vitse-prezidenti Salam Əsgərəlizadə Oxu.Az-a bildirib.
“Mətbuatda yazıldığı kimi Sabirə Abdullayeva federasiyanın icraçı direktoru vəzifəsinə yenicə təyin olunmayıb, o, hələ 2010-cu ildən bu vəzifədə çalışır. Ümumiyyətlə, federasiyada yaxın günlərdə heç bir təyinat olmayıb, kadr dəyişikliyi baş tutmayıb”.
Qeyd edək ki, Azərbaycan Tennis Federasiyasının prezidenti millət vəkili, Milli Məclisin sabiq sədri Oqtay Əsədovdur.
Səbuhi Musayev
Rəylər