21 
Sen
2020
10:22
100
28
1994
Virtual karabakh

Serbiyalı futbolçu: “Biz “Qarabağ”dan daha istəkli idik”

21 Sen, 2020
10:22
1994

Serbiyalı futbolçu: “Biz “Qarabağ”dan daha istəkli idik”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Neftçi”nin serbiyalı mərkəz müdafiəçisi Voyislav Stankoviç “Qarabağ”la oyundan sonra klubun rəsmi saytına açıqlama verib.

Rəqib qapısına vurulan ilk qolun müəllifi sevincini gizlətməyib:

“Vaxt azlığına baxmayaraq, bu oyuna yaxşı hazırlaşmışdıq. Təbii ki, “Qalatasaray”la matçdan sonra psixoloji tərəfdən özümüzü toparlamaq ən vacib məsələ idi. Şadam ki, həm bunu bacarıb qələbə qazandıq, həm də qol vurdum. Mənə elə gəlir ki, biz “Qarabağ”dan daha istəkli idik, qələbəni daha çox istəyirdik. Ümid edirəm, bu qələbədən sonra qarşıdakı matçlarda daha gözəl oyun nümayiş etdirib vəziyyətimizi daha da yaxşılaşdıracağıq”.

Qeyd edək ki, “Neftçi” Suraxanı səfərində “Qarabağ”a 2:1 qalib gəlməklə Ağdam komandasını turnir cədvəlinin liderliyindən salıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri