30 
Dek
2022
09:40
254
22
4777
Virtual karabakh

Braziliyada matəm elan olundu - FOTO/VİDEO

30 Dek, 2022
09:40
4777

Braziliyada matəm elan olundu - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Braziliyada üçqat dünya çempionu Pelenin vəfatı ilə əlaqədar matəm elan edilib.

“Keçmiş futbolçu Pele Edson Arantes du Nasimentonun vəfatı ilə əlaqədar bu fərmanın dərc edildiyi gündən üç günlük rəsmi ümummilli matəm elan edilir”, - deyə sənəddə qeyd olunur.

Pelenin 82 yaşında vəfat etməsi faktını dekabrın 29-da qızı Keli Nasimento açıqlayıb. Əfsanəvi futbolçunun ölüm səbəbi daxili orqanların nasazlığı olub. Əfsanəvi futbolçu yanvarın 3-də Braziliyanın Santos şəhərindəki qəbiristanlıqda dəfn olunacaq.

Rio-de-Janeyroda İsa Məsihin heykəli Pelenin xatirəsinə dövlət bayrağının rənglərinə boyanıb.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri