Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Regional Medianın İnkişafına Yardım” İctimai Birliyi tərəfindən həyata keçirilən Azərbaycanın turizm potensialının Rusiyanın “Astarxan 24” kanalı vasitəsilə təbliği layihəsi çərçivəsində 9 video-reportajın yayımı həyat keçirilib.
Oxu.Az xəbər verir ki, kadrlarda paytaxt Bakı, eləcə də Xaçmaz, Quba, Qusar, Şabran, Şəki, Gəncə, Lənkəran, Mingəçevir rayonlarının turizm potensialı, turistlərin daha çox diqqətini çəkəcək tarixi abidələr, təbiət mənzərələri və obyektlər barəsində məlumatlar yer alıb.
Qeyd edək ki, “Astarxan 24” kanalı 1 mart 2014-ci ildən fəaliyyətdədir.
A.S.
www.oxu.az