Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Koçaryan Paşinyanı Qarabağla bağlı sərt fikrinə görə tənqid etdi
Qarabağ məsələsində istənilən ehtiyatsızlıq təmas xəttində gərginliyin artmasına səbəb olacaq.
Oxu.Az xəbər verir ki, bu fikirləri Ermənistanın sabiq prezidenti Robert Koçaryan Rusiyanın “Kommersant” nəşrinə müsahibəsində bildirib.
Koçaryan Paşinyanı Yerevanın baş meydanında Qarabağla bağlı səsləndirdiyi sərt fikirlərə görə tənqid edib.
“Mən Qarabağın prezidenti (qondarma respublikanın rəhbəri - red.) olan zaman Qarabağla bağlı uzun müddət danışıqlar aparmışam. İstənilən danışıqlar istənilən müharibədən daha yaxşıdır. Söhbət kütlənin populist şüar kimi qəbul edəcəyi fikirlərdən getmir”, - Ermənistanın sabiq prezidenti deyib.
Onun sözlərinə görə, Yerevan təmas xəttində gərginliyi azaldacaq məsuliyyət siyasət aparmalıdır. Bununla yanaşı, mövqeləri əldən vermək olmaz.
“Bu, mitinqlərdə müzakirə predmeti ola biləcək mövzu deyil. Qarabağ məsələsində istənilən ehtiyatsızlıq təmas xəttində gərginliyin artmasına səbəb olacaq. Bundan imtina etmək lazımdır”, - Koçaryan əlavə edib.
Ermənistanın sabiq prezidenti bir faktı diqqətə çatdırıb ki, bu fikirləri orduda xidmət etməyən və təmas xəttində olmayan şəxs deyir.
Koçaryan qeyd edib ki, böyük siyasətə qayıdır. Sabiq hakim partiya olan Respulikanı dəstəkləyəcəyi və ya yeni partiya yaradacağı sualına isə siyasətçi cavab verməkdə çətinlik çəkib.
Oxu.Az yeniləndi!
"Ermənistan" teqi üzrə xəbərlər
- Ermənistanda üç avtomobil toqquşdu, Fransa səfirliyinin əməkdaşı xəstəxanalıq oldu
- Bu xəbərləri qaçırmayın: 22.11.2024-ün ən mühüm hadisələri
- İran diplomatı "Yaşasın Ermənistan!" deyir
- Ermənistanda ikiüzlü davranış: döyülən təbrizli: Azğın fransız hərbçilər
- Ermənistanda Təbriz sakini azərbaycanlı olduğuna görə dəfələrlə döyülüb
Rəylər