31 
İyl
2020
16:41
628
46
5221
Virtual karabakh

Hulusi Akardan Türkiyə-Azərbaycan birgə hərbi təlimləri ilə bağlı AÇIQLAMA

31 İyl, 2020
16:41
5221

Hulusi Akardan Türkiyə-Azərbaycan birgə hərbi təlimləri ilə bağlı AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinin davam etdiyini deyib.

“HaberGlobal” məlumat verir ki, nazir bunların planlaşdırılmış təlimlər olduğunu bildirib:

“Hazırda orada illik planlaşdırılan təlimlərimiz var. Quru və hava qüvvələri üzvlərimiz Azərbaycandakı qardaşlarımızla birlikdə geniş işlərini davam etdirir, eyni zamanda bu, hər iki ölkənin silahlı qüvvələri üçün də faydalıdır.

Hər zaman olduğu kimi, azərbaycanlı qardaşlarımızın yanındayıq və olmağa da davam edəcəyik.

Hazırda “TurAz Qartalı” təlimimiz var. Bunlar planlı təlimlərdir. Lakin bəziləri buna başqa mənalar yükləyirlər. Hazırda fəaliyyət uğurla davam edir”.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri