26 
May
2018
14:15
47
161
3096
Virtual karabakh

Moskvada vandal məşhur rəsmə zərər vurub

26 May, 2018
14:15
3096

Moskvada vandal məşhur rəsmə zərər vurub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moskvanın Tretyakovskaya qalereyasında adı açıqlanmayan şəxs rəsm əsərinə ziyan vurub.

Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, cinayətkar hadisə yerində yaxalanıb.

İnsident mayın 25-də axşam saatlarında baş verib. Mühafizəçilərin çağırışı əsasında hadisə yerinə gələn polis əməkdaşları rəsmin şüşə çərçivəsini dəmir alətlə sındıraraq, kətana ciddi zərər vurmuş  şəxsi həbs edib.

Həmin şəxsə qarşı “Mədəni irs sayılan obyektlərin məhv edilməsi və ya zərər vurulması” maddəsi ilə cinayət işi açılıb.

Polis rəsmiləri hansı məşhur əsərdən sözün getdiyini açıqlamasa da, agentliyin mənbəyi vandal hücumuna məruz qalan rəsmin “İvan Qroznı oğlunu öldürür” əsəri olduğunu söyləyib.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri