14 
Avq
2018
14:07
534
90
9850
Virtual karabakh

Ərdoğan: Onların “iPhone”u varsa, bizim də “Venus”umuz var - VİDEO

14 Avq, 2018
14:07
9850

Ərdoğan: Onların “iPhone”u varsa, bizim də “Venus”umuz var - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə ABŞ-dan gələn elektron məhsullara boykot elan edə bilər.

Oxu.Az xəbər verir ki, bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O qeyd edib ki, Koreyanın “Samsung” şirkətinin telefonları ABŞ-ın “iPhone” smartfonlarına alternativ ola bilər.

Türkiyə prezidenti bildirib ki, Ankara ABŞ istehsalı olan elektron məhsulları boykot edir. O, bu barədə çıxışı zamanı bəyan edib.

“ABŞ iqtisadi baxımdan təkcə bizə deyil, Çin və Rusiya, İran və Avropaya da hücum edir. Hətta Kanadaya. Lakin bizə qarşı əməliyyat başlayıb. Biz ABŞ elektron məhsullarını boykot edəcəyik. Onların “iPhone”i var, lakin axı “Samsung” da mövcuddur”, - deyə o vurğulayıb.

Ərdoğan çıxışında yerli “Venus Vestel” markalı telefonları da xatırladıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri