14 
Dek
2018
11:30
97
21
3498
Virtual karabakh

ABŞ-Çin ticarət müharibəsinin qarşısı alındı

14 Dek, 2018
11:30
3498

ABŞ-Çin ticarət müharibəsinin qarşısı alındı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ hökuməti ümumilikdə 200 milyard dollar həcmində Çin məhsullarının idxal rüsumunun qaldırılması ilə bağlı qərarı 2019-cu ilin mart ayına kimi təxirə salıb.

Oxu.Az xəbər verir ki, bu haqda ABŞ mətbuatı məlumat yayıb.

Müvafiq sənəd ABŞ Federal Reyestrinin rəsmi səhifəsində bu gün (dekabrın 14-də) dərc olunacaq. Həmin sənəddə martın 1-dən ümumilikdə ilə 200 milyard dollar həcmində bir sıra Çin məhsullarına tətbiq olunan rüsumların 10 faizdən 25 faizə qaldırılması nəzərdə tutulub.

Beləcə, ABŞ prezidenti Donald Trampın “G-20” (Buenos Ayresdə) sammitində çinli dövlət başçısı Si Cinpinlə görüşdə verdiyi söz, qanuni şəkildə təsbit olunub. Həmin görüşdə Ağ Ev rəhbəri Pekinlə qlobal sazişin bağlanması məqsədilə, yanvarın 1-dən rüsumları qaldırmayacağını vəd etmişdi.

Tramp belə bir sazişin yaxın üç ay ərzində bağlanacağına ümidvar olduğunu bildirib.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri