15 
Dek
2018
06:25
288
31
15837
yuxarı
ABŞ-da “dollar yağışı” yağdı - VİDEO
15 Dek, 2018
06:25
15837
288
31
ABŞ-da “dollar yağışı” yağdı - VİDEO
ABŞ-ın Nyu-Cersi şəhərində sürücülər gözlənilmədən “dollar yağışına” düşüb.
Oxu.Az “Ren” TV-yə istinadən xəbər verir ki, hadisənin həvəskar görüntüsündə avtomobil yoluna dollar əskinaslarının səpələndiyini görmək olur.
Buna səbəb inkassatorların səhlənkarlığı olub. Avtomobilin arxa qapısını yaxşı bağlamadıqlarına görə 20 min dollara yaxın nağd pul havaya sovrulub.
Bəzi sürücülər avtomobildən düşərək, asfalt üzərində olan pulları yığmağa başlayıb. Çox keçmədən yoldan keçənlər də onlara qoşulub.
Polislər gələnə qədər yol üzərindən iri nominallı əskinaslar yoxa çıxıb.
Oxu.Az yeniləndi!
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək