2018-ci il üzrə turistlər arasında dünyanın ən məşhur muzeyləri açıqlanıb.
Oxu.Az xəbər verir ki, reytinqi “Tursat” agentliyi tərtib edib.
Ən məşhur muzeylər Sankt-Peterburq, London, Paris, Pekin və Nyu-York şəhərlərində fəaliyyət göstərir.
Muzeylərin reytinqi hazırlanan zamanı 2018-ci il üzrə ümumi ziyarətçi sayı nəzərə alınıb.
Ən çox ziyarət olunan muzeylərin onluğuna Parisin “Luvr”, Pekinin Çin Milli Muzeyi, Nyu-Yorkun “Metropoliten” Muzeyi, Londonun “Tate Modern” Müasir İncəsənət Qalereyası və Milli Qalereyası, Vaşinqtonun Milli İncəsənət Qalereyası, Sankt-Peterburqun Peterqrof muzeyi, bundan başqa, Vatikan muzeyi və Taypeyin İmperator sarayı muzeyi daxildir.
Rəylər