Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Okeanın dibində ABŞ aviadaşıyıcısı tapıldı - VİDEO
Sakit Okeanda, Solomon adalarının yaxınlığında ABŞ-ın İkinci Dünya Müharibəsi dövrünə aid “Hornet” aviadaşıyıcısı aşkarlanıb.
Bu barədə “USA Today” məlumat yayıb.
Aviadaşıyıcının axtarışı ilə “Microsoft” korporasiyasının həmtəsisçisinin yaratdığı “Vulcan” şirkəti məşğul olub.
Gəminin təxminən beş min metr dərinlikdə yerləşdiyi bildirilir. Onun yanında qəza anında gəminin göyərtəsində olmuş çox sayda hərbi təyyarə tapılıb.
“Hornet” aviadaşıyıcısı İkinci Dünya Müharibəsində istifadə olunmuş ən məşhur döyüş gəmilərindən hesab olunur. İkinci Dünya Müharibəsi dövründə Yaponiyanı bombardman etmiş ilk ABŞ hərbi təyyarəsi məhz onun göyərtəsindən qalxıb.
“Hornet”, eyni zamanda, Solomon adaları yaxınlığında yerləşən Miduey mərcan adasında gedən döyüşlərdə iştirak edib. 1942-ci ildə Yapon aviasiyasının hücumu nəticəsində sıradan çıxıb və ekipajın gəmini tərk etməsindən sonra torpeda ilə batırılıb.
"Yaponiya" teqi üzrə xəbərlər
- Masaru Takayama: "İqlim dəyişikliyi ilə mübarizədə ekoturizmin fəaliyyətini gücləndirmək lazımdır"
- Yaponiya sahillərində güclü zəlzələ baş verib
- Yaponiyada ən ölümcül virusların öyrənilməsi üçün laboratoriya yaradılacaq
- Yaponiyada imperator ailəsinin ən yaşlı üzvü olan şahzadə vəfat etdi
- Yaponiyanın baş naziri yenidən seçilməsinə dair iclasda yatıb qaldı
Rəylər