31 
İyl
2020
10:32
139
36
1698
Virtual karabakh

Obama Trampı tənqid etdi: “Hüquqlarımıza hücum edirlər”

31 İyl, 2020
10:32
1698

Obama Trampı tənqid etdi: “Hüquqlarımıza hücum edirlər”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın keçmiş Prezidenti Barak Obama konqresmen Con Luisin dəfnində hazırkı Prezident Donald Trampı tənqid edib.

Bu barədə “Daily Mail” məlumat yayıb.

Dəfndə çıxış edən B.Obama mərhumun vətəndaş hüquqları aktivisti olduğunu və bütün həyatını hazırda hökm sürən demokratiyaya hücumlara qarşı mübarizəyə həsr etdiyini bildirib.

Eks-prezident D.Trampın adını çəkmədən ölkənin seçki sisteminin hazırda respublikaçıların hücumlarına məruz qaldığını vurğulayıb.

“Hakimiyyətdə insanları seçkidən yayındırmağa çalışanlar var. Onlar bizim səsvermə hüququmuza hücum edirlər”, - deyə B.Obama bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri