31 
İyl
2020
13:06
337
81
1763
Virtual karabakh

ABŞ-dan İrana yeni sanksiyalar: Tehranın metal tədarükünə zərbə

31 İyl, 2020
13:06
1763

ABŞ-dan İrana yeni sanksiyalar: Tehranın metal tədarükünə zərbə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Dövlət katibi Mayk Pompeo İrana qarşı yeni sanksiya tədbirlərini elan edib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Sözügedən sanksiyalar İranın nüvə, raket və hərbi proqramının icrasına əngəl olmaq məqsədi daşıyır. Dövlət Departamenti İranın raketlərin yaradılması üçün istifadə edə biləcəyi 22 metal və material müəyyən edib.

“Bu materialları şüurlu şəkildə İrana verənlər indi sanksiyaya məruz qalacaqlar”, - deyə Dövlət katibi bildirib.

M.Pompeo İranın nüvə probleminin dünyadakı sülh və təhlükəsizliyə ciddi təhdid təşkil etdiyini qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri