Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Pompeo Əfqanıstanı “Taliban” məhbuslarını azadlığa buraxmağa çağırdı
ABŞ Dövlət katibi Mayk Pompeo Ümumdünya Əfqanıstan Ağsaqqallar Şurasını radikal “Taliban” hərəkatının həbsdə olan üzvlərini azad etməyə çağırıb.
RT bu barədə ABŞ Dövlət Departamentinin yaydığı açıqlamaya istinadla xəbər yayır.
“Belə başa düşürük ki, onlar qalan “Taliban” məhbuslarının sürətlə azad edilməsi məsələsi barədə qərar verəcəklər – bu, Əfqanıstandaxili danışıqların başlanması üçün son maneədir”, - deyə ABŞ Dövlət katibi bildirib.
O vurğulayıb ki, ABŞ-ın bu ölkəyə gələcək yardımının ölçüsü və həcmi Əfqanıstanda daxili münaqişənin həllindən asılıdır.
Bundan əvvəl Əfqanıstan hökuməti 317 “Taliban” üzvünü Pərvan əyalətindəki həbsxanalardan azad edib.
"Əfqanıstan" teqi üzrə xəbərlər
- Əfqanıstanda qadınlara görə evlərin quruluşu dəyişdirilir
- Pakistandan Əfqanıstana hava hücumu: Çoxlu sayda ölən var
- ABŞ-nin Əfqanıstandakı əsas uğursuzluğunun səbəbi məlum oldu
- İranın 20-yə yaxın əyalətinə əfqanların girişi qadağan edildi
- Əfqanıstanda dəhşətli yol-nəqliyyat hadisəsi 52 nəfərin həyatına son qoyub
Rəylər