Rusiya Prezidenti Vladimir Putin Belarusdakı prezident seçkilərinin legitimliyini və Aleksandr Lukaşenkonun qələbəsini tanıdığını açıqlayıb.
Mk.ru xəbər verir ki, o, “Mən Aleksandr Qriqoriyeviç Lukaşenkonu qələbəsi münasibətilə təbrik etdim... Bu qədər”, - deyib.
Rusiya lideri qeyd edib ki, ATƏT-in (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun avqustun 9-da seçkilərə müşahidəçi göndərməkdən imtina etməsi qurumun mövqeyinin əvvəlcədən hazırlandığı şübhəsini doğurur.
Buna görə də Lukaşenkonun qələbəsi ilə razılaşmayanların mütləq dürüstlüyünə şübhə etməyə əsas var.
Rəylər