Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Paşinyan bir həftədə dördüncü dəfə Putinə zəng vurdu
Rusiya prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla söhbətində Qarabağda hərbi əməliyyatların dayandırılmasına təcili ehtiyac olduğunu vurğulayıb.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Putin bildirib ki, münaqişə bölgəsindəki silahlı qarşıdurma geniş miqyaslı xarakter alıb və hər iki tərəfdən mülki əhali arasında ciddi itkilərə səbəb olub.
“Vladimir Putin növbəti dəfə hərbi əməliyyatlara son qoyulmasının vacibliyini vurğulayıb”, - deyə mətbuat xidmətinin yaydığı mətndə qeyd olunub.
Qeyd edək ki, bu, Paşinyanın Putinə son bir həftədə dördüncü telefon zəngidir.
"Ermənistan" teqi üzrə xəbərlər
- Mirzoyan: "Ermənilərin Qarabağa qaytarılması məsələsi müzakirə olunmur"
- Milli Məclis xarici dövlətlərin parlamentlərini Ermənistana təzyiq etməyə çağırıb
- Delimitasiya üzrə Azərbaycan və Ermənistan komissiyalarının növbəti görüş tarixi MƏLUM OLDU
- İranda yeni radar istifadəyə verilir: Qonşu ölkələrin səması müşahidə ediləcək
- General-mayor Yücel Karauz: "Ermənistan ağlını başına yığmalıdır"
Ən çox oxunanlar
Rəylər