16 
Okt
2020
01:11
1369
95
22454
Virtual karabakh

Rəsmi Tehran: “Ərazilərimizin təkrar hücuma məruz qalmasına dözməyəcəyik”

16 Okt, 2020
01:11
22454

Rəsmi Tehran: “Ərazilərimizin təkrar hücuma məruz qalmasına dözməyəcəyik”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İran hökuməti Dağlıq Qarabağdakı münaqişə tərəflərinin ərazilərinə təkrar hücumlarına dözməyəcək.

Bu sözləri İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə söyləyib.

“İran bu cür hücumların təkrarlanmasına laqeyd qalmayacaq”, -  İranın Xarici İşlər Nazirliyinin mətbuat xidməti tərəfində verilən açıqlamada qeyd olunur.

Diplomat əlavə edib ki, sərhəd bölgələrində yaşayan İran vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi ölkənin silahlı qüvvələri üçün prioritet təşkil edir.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin atdığı iki raket İran ərazisinə düşüb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri