Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İndoneziyada stadionda baş verən iğtişaşlarda ölənlərin sayı 174-ə çatıb - YENİLƏNİB + VİDEO
İndoneziyanın Malanq şəhərində futbol matçında uduzan komandanın fanatlarının izdihamı və polisin kütləni dağıtmaq üçün gözyaşardıcı qaz vurması nəticəsində baş verən qarışıqlıqda ölənlərin sayı 174-ə yüksəlib.
Bu barədə vilayətin qubernator müavini Əmir Dardak məlumat verib.
Bildirilib ki, eyni zamanda iğtişaşlarda 100-dən çox insan isə yaralanıb.
09:25
İndoneziyanın Malanq şəhərində stadionda baş verən iğtişaşlar nəticəsində azı 127 nəfər ölüb.
Ölənlər arasında iki polis əməkdaşı da var.
Qeyd olunub ki, iğtişaşlar “Arema” və “Persebaya” futbol komandaları arasında keçirilən oyundan sonra başlayıb.
Polis əməkdaşlarının fanatlara qarşı gözyaşardıcı qazdan istifadə etməsi çaxnaşma və izdihama səbəb olub.
Vurğulanıb ki, Kanjuruhan stadionunda baş verən iğtişaşlarda 180 nəfər yaralanıb. Onlar xəstəxanalara yerləşdiriliblər.
Mənbə: TASS
"İndoneziya" teqi üzrə xəbərlər
- Əhalini balacaboyluqdan qurtarmaq üçün İndoneziya hökumətindən maraqlı addım
- Dünya çempionatında uğurlu nəticə əldə edən idmançılarımız vətənə dönüblər
- Prezident İlham Əliyev iki ölkə ilə imzalanmış vacib sənədləri təsdiq etdi
- İndoneziya sahillərində zəlzələ baş verib
- Azərbaycanla Səudiyyə Ərəbistanı və İndoneziya arasında viza rejimi qismən ləğv olunub
Rəylər