Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Kahramanmaraşda 13 yaşlı yeniyetmə 55 saat sonra dağıntılar altından əlində tutuquşu ilə sağ çıxarıldı - FOTO
Türkiyənin Kahramanmaraş şəhərində zəlzələdən 55 saat sonra 13 yaşlı yeniyetmə dağıntılar altından xilas edilib.
Bu zaman onun əlində tutuquşu olub.
Xilasedicilər dağıntılar altından səs gəldiyini eşidərək axtarış-xilasetmə işlərinə başlayıblar. Təxminən üç saatdan sonra Berat adlı yeniyetməyə çata biliblər. Onun əlində tutuquşunun olduğunu görüblər.
Berat təcili yardım maşınına mindirildiyi zaman xalasını görüb və tibb işçilərindən dayanmalarını istəyib, əlindəki quşu xalasına verib.
Beratın xalası quşu bağrına basıb, sonra ətrafdan tapdığı çörəklə bəsləyib və şüşə qapağından ona su içirdib.
Berat Sarı isə xəstəxanaya yerləşdirilib.
Mənbə: Haber Global
"Türkiyə" teqi üzrə xəbərlər
- "Haber Global"da ABŞ rəsmilərinin PKK/YPG ilə bağlı ziddiyyətli mövqeyi təhlil edilib
- İstanbul boğazında balıqçı qayıqdan dənizə yıxıldı: Son anda xilas edildi
- İstanbul-Kazan səhər reysləri müvəqqəti olaraq dayandırılır
- Türkiyədə qadın avtobusu idarə edən ərinə bıçaqla hücum edib
- "Haber Global"da Əsma Əsədin Britaniya kəşfiyyatı ilə gizli münasibətləri müzakirə edilib
Rəylər