Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

İstanbulda saxta spirtli içkidən ölənlərin sayı 23-ə çatdı: Təqsirkarlar saxlanıldılar
Türkiyənin İstanbul şəhərində son iki gündə saxta spirtli içkidən zəhərlənərək ölənlərin sayı 23 nəfərə çatıb. Daha 32 xəstə şəhərin tibb müəssisələrində müalicə alır.
Oxu.Az NTV-yə istinadən xəbər verir ki, bu barədə şəhər valisinin mətbuat xidməti məlumat yayıb.
"Son 48 saat ərzində saxta spirtli içkidən zəhərlənmə ilə bağlı 66 fakt qeydə alınıb. Zəhərlənənlərdən 23-ü dünyasını dəyişib, 32 nəfərin müalicəsi davam etdirilir", - məlumatda deyilir.
Bundan əlavə, faktla əlaqədar 6 nəfər saxlanılıb. Onlardan ikisi qəsdən adam öldürməyə cəhd ittihamı ilə həbs ediliblər.
"Saxta spirtli içki" teqi üzrə xəbərlər
- Türkiyə paytaxtında saxta spirtli içkidən ölənlərin sayı artdı
- Türkiyədə iki ayda 152 nəfər saxta spirtli içkinin qurbanı olub
- Ucuz spirt faciəsi: Öldürən etildir, yoxsa metil? - AÇIQLAMA
- Ankara və İstanbulda onlarla insan saxta spirtli içkinin qurbanı olub
- Bakıda pablardan birində saxta alkoqollu içkilər aşkarlanıb
Ən çox oxunanlar