Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"Kəpəz" 19 illik göstəricisini yenilədi
Azərbaycan Premyer Liqasının XIX turunun "Kəpəz" - "Turan Tovuz" qarşılaşması Gəncə klubunun 5:2 hesablı qələbəsi ilə başa çatıb.
Oxu.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "Turan Tovuz" tarixində ilk dəfə Premyer Liqa matçında 4-dən çox top buraxıb.
"Kəpəz" 11 il 8 aydan sonra bir matçda 5 və ya daha çox qol vurub. Gəncəlilər sonuncu dəfə 2013-cü il mayın 13-də "Turan"la səfərdəki qarşılaşmada belə məhsuldar olub - 5:3.
"Kəpəz"in ev matçında 5 və ya daha çox qol vurması isə sonuncu dəfə təxminən 19 il, daha dəqiq isə 18 il 8 ay öncə qeydə alınıb. Gəncə təmsilçisi 2006-cı il mayın 29-da MOİK-i 5:3 hesabı ilə məğlub edib.
Qeyd edək ki, 7 qolun vurulduğu görüş həm də mövsümün ən məhsuldar qarşılaşması adına şərik olub. Oktyabrın 4-də "Kəpəz" - "Neftçi" matçında da eyni sayda qol vurulub - 4:3.
"Azərbaycan Premyer Liqası (APL)" teqi üzrə xəbərlər
- Misli Premyer Liqasında bu tur səkkiz oyunçu komandasına kömək edə bilməyəcək
- "Sumqayıt"dan mövsümdə ilk, tarixdə 10-cu dəfə böyükhesablı qələbə
- Misli Premyer Liqası: "Qarabağ" "Araz-Naxçıvan"ı məğlub etdi
- UEFA Azərbaycan klublarının maliyyə hesabatı haqqında hesabat hazırlayıb
- Premyer Liqa: "Neftçi" səfərdə "Kəpəz"ə məğlub oldu