Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
“Bayquş” qanadlarını açır: Dubayda yeni superkar təqdim olundu – FOTO
Dubayda avtomobil şousunda Yaponiyanın “Aspark” şirkəti yeni “Owl” modelini təqdim edib.
Oxu.Az Risiya KİV-lərinə istinadən xəbər verir ki, bu hazırda dünyada ən sürətli və güclü idman elektromobilidir.
“Owl” - “bayquş” kimi tərcümə olunur. O, 2012 at gücünə malik mühərriklə təçhiz olunub. Bu mühərrik 100 km/s sürətini 1,9 saniyəyə yığmağa imkan yaradır. Superkarın maksimal sürəti isə 400 km/s-dır.
69 kilovatlıq akumulyator doldurulmasız 450 kilometr məsafəni qət etmək imkanı verir.
“Bayquş” tamamilə yüngül karbonlu plastikdən hazırlanıb. Buna baxmayaraq, mühərrikin və akumulyatorun hesabına maşının ümumi çəkisi 1900 kiloqrama çatır.
“Aspark” şirkəti 50 ədəd “Owl” buraxmaq niyyətindədir. “Bayquş”un hər birisi 3 milyon avroya (5,6 milyon manat) satılacaq.
"Yaponiya" teqi üzrə xəbərlər
- Yapon barlarında müştəriləri şillələmək qadağan edildi: Maraqlı xidmət niyə dayandırıldı?
- 30 illik ənənə: Yaponiya 2024-cü ilin heroqlifini seçdi
- Yaponiyada turist avtobusu aşıb: Onlarla xəsarət alan var
- Yaponiyada doğum nisbətini artırmaq üçün maraqlı qərar: Dördgünlük iş həftəsi tətbiq ediləcək
- Putinin Yaponiya qubernatoruna hədiyyə etdiyi pişik öldü