“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask yaxın günlərdə insanabənzər robotun hazırlanacağı barədə elan edib.
Bu barədə “RİA Novosti” xəbər yayıb.
Məlumata görə, humanoid robotun ilk prototipi 2022-ci ildə təqdim olunacaq.
Join us to build the future of AI → https://t.co/Gdd4MNet6q pic.twitter.com/86cXMVnJ59
— Tesla (@Tesla) August 20, 2021
İlon Maskın sözlərinə görə, Tesla Bot-un boyu 172 santimetr, çəkisi 57 kiloqram olacaq. Onun üzünü ekran əvəzləyəcək, qolları və ayaqları 40 servonaqillə idarə olunacaq.