Müasir texnologiya heyrətləndirməkdə davam edir. Amerikalı milyarder İlon Maska məxsus “Tesla”nın insanabənzər robotu “Optimus” yeni bacarıqlarını nümayiş edib.
Belə ki, humanoid kameradan alınan məlumatlar əsasında obyektləri müstəqil şəkildə təsnif edə, həmçinin yoqa hərəkətlərini yerinə yetirə bilir.
Müasir texnologiya heyrətləndirməkdə davam edir. Amerikalı milyarder İlon Maska məxsus “Tesla”nın insanabənzər robotu “Optimus” yeni bacarıqlarını nümayiş edib....
Bununla əlaqədar yayılan videoda görünür ki, robot rəngarəng kubları müvafiq qablarda uğurla çeşidləyir.
Mütəxəssislərin sözlərinə görə, bunun üçün “Optimus” “Tesla FSD 12” avtonom idarəetmə sisteminə bənzər texnologiyadan istifadə edib. Bu, robota öz mühitini təhlil etməyə və alınan məlumat əsasında qərarlar qəbul etməyə imkan verir.
Xatırladaq ki, robot ilk dəfə 2021-ci ilin avqustunda “Tesla” tərəfindən təqdim edilib. Cihazın yaradılmasının əsas məqsədi ağır əşyaların daşınması və ya ərzaq alış-verişi kimi adi, yaxud da potensial təhlükəli işləri yerinə yetirməkdir.
1,8 metr boyunda, 57 kq çəkidə olan robotun sürəti 8 km/saata çata bilir.
Mənbə: Ixbt.com