"Şəhidlərimizin, qazilərimizin qarşısında baş əyirəm, dövlətimizin başçısının rəhbərliyi ilə onların sayəsində doğma yurduma qayıdıram".
Bu sözləri Oxu.Az-a açıqlamasında Ağdam şəhərinə qayıdan keçmiş məcburi köçkün Amaliya Quliyeva deyib.
O bildirib ki, illərlə həsrətində olduğu doğma torpağa qayıtmaq onun üçün qürurverici və unudulmaz gündür:
"Bu günü uzun illər gözləmişik. Nəhayət, öz yurdumuza qayıdırıq. Bu sevinci bizə yaşadan hər kəsə minnətdaram".
Qaynar xətt:
(055) 224 12 12