Avroliqanın finalı günü Bakıda təcili tibbi yardıma müraciət edənlərin, əsasən, nədən şikayət etdikləri məlum olub.
Səhiyyə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, ümumilikdə müraciət edənlər, əsasən, baş ağrısı, alkoqol intoksikasiyası, təzyiq, travma (yıxılıb xəsarət alanlar), mədə ağrılarından şikayət ediblər.
10:41
UEFA Avropa Liqasının finalı ilə bağlı gücləndirilmiş rejimdə çalışan Bakı şəhəri üzrə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 43 çağırış daxil olub.
Səhiyyə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, müraciət edənlərdən 17-si xarici ölkə vətəndaşıdır.
Müraciətlər nəticəsində üç nəfər xəstəxanaya yerləşdirilib. Onlardan ikisi əcnəbi, biri azərbaycanlıdır.
Samir İsayev