Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azadlıq prospektində bitib-tükənməyən sıxlığın ƏSL SƏBƏBLƏRİ
Baku TV-nin "Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.
Bu dəfə paytaxtın Azadlıq prospekti və Süleyman Sani Axundov küçələrinin kəsişməsində yaranan nəqliyyat sıxlığı müzakirə olunub.
Bildirilib ki, burada sıxlığın əsas səbəbi Azadlıq prospektində yalnız düzünə hərəkəti göstərən yol nişanının olmasıdır.
Belə ki, Məsud Davudoğlu küçəsi ilə Azadlıq prospektinin kəsişməsindən sonra sağa ‒ köməkçi yola giriş imkanının olmaması ərazidə sıxlığa səbəb olur. Buna görə də, əsas yolda hərəkət edən nəqliyyat vasitələri sağa - "Azadlıq" stansiyası istiqamətinə hərəkət etmək üçün irəlidən geri dönüb yenidən qayıtmaq məcburiyyətində qalırlar.
Əlavə olunub ki, Süleyman Sani Axundov küçəsinə çatmamış köməkçi yola giriş təmin edildiyi halda problem aradan qalxacaq.
Daha ətraflı Baku TV-nin süjetində:

"Baku TV" teqi üzrə xəbərlər
- Ağsuda yağışdan sonra yollarda çökmələr genişləndi - Sürücüləri boğaza yığan problem
- Qərbi Azərbaycan Xronikası: "Ermənistan xuliqanlar və avaralar ölkəsinə çevrilib"
- Avtobuslarda sərnişinlərin həyatını təhlükəyə atan İNSİDENTLƏR
- İranlı terrorçunun edamı ilə bağlı Vasif Tağıyevin ailəsi DANIŞDI
- Rusiya-Ukrayna savaşının qurbanı olan azərbaycanlıların ailələri DANIŞDILAR