Gömrükçülər Azərbaycan vətəndaşında deklarasiya olunmamış 800 min rubla yaxın pul (13 min 280 manat) aşkar ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə “Daqestanskaya pravda”ya Dağıstan gömrüyünün mətbuat xidmətindən bildiriblər.
“Məhərrəmkənd gömrük məntəqəsində Rusiyadan Azərbaycana gələn fiziki şəxslərin əl baqajının gömrük yoxlaması və qeydiyyatı zamanı, Azərbaycan vətəndaşında ümumi məbləği 792 min rubldan ibarət deklarasiya edilməmiş pul vəsaiti aşkar edilib”, - məlumatda deyilir.
Qanunsuz çıxarılan pul vəsaiti müsadirə edilib.
Faktla bağlı olaraq administrativ qanun pozuntusu Rusiya Federasiyası AHM-nin (Administrativ hüquq məcəlləsinin) 16.4-cü maddəsi üzrə cinayət işi açılıb.