2014-cü ilin I yarımillik məlumatlarına əsasən elektron turist vizası vasitəsilə Azərbaycana gələn xarici turistlərin sayı 11.933 nəfər olub.
Mədəniyyət və Turizm Nazirliyindən Oxu.Az-a verilən məlumata əsasən, 2013-cü il ərzində bu vasitə ilə gəlmiş xarici turistlərin sayı 6.147 nəfər təşkil edib.
Nazirlik ildən-ilə bu sistem vasitəsi ilə elektron turist vizası alan xarici turistlərin sayının artacağını gözləyir.
Xatırladaq ki, Azərbaycanda 2013-cü ilin mart ayından xarici turistlərə elektron turist vizalarının verilməsi tətbiq olunur. Hazırda elektron turist vizasının verilməsi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 55 turizm şirkəti akkreditasiyadan keçib.