Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
AZTV-nin “Oxuyur, Vətən!” layihəsinin Laçın şəhərində çəkilişləri davam edir - FOTO/VİDEO
“Oxuyur, Vətən!” teleməkanda tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanan uğurlu layihələrdən biridir.
Bu layihədə tarixi Zəfər tərənnüm edilir, azad edilmiş ərazilərdəki dağıntılar, uçulmuş evlər, yarımçıq binalar canlı səhnə rolunu oynayır, seçilmiş ifaçılar daha çox lirik üslubda musiqilər səsləndirməklə, dağıntıları, torpağı əzizləməklə, uzun illərdir həsrətlə gözlənilən Vətən torpaqlarına qayıdışı qabardır, musiqi dili ilə reallıqları geniş auditoriyaya çatdırır.
Layihə bir ildən çoxdur ki, davam edir. İndiyədək Şuşa, Hadrut, Tuğ, Suqovuşan, Ağdam, Füzuli, Xudafərin, Qubadlı, Zəngilanda çəkilişləri aparılıb və tamaşaçılara təqdim olunub.
Sonuncu çəkiliş Laçın şəhərində aparılır. 12 oktyabrdan başlanan çəkilişlərin bu günlərdə başa çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, layihə çərçivəsində ifaçı Sevda Ələkbərzadə sosial media səhifəsində “Laçın”, səni Laçında oxuyuram. Bu, inanılmazdır, amma bu, belədir. İndi bilirəm, niyə uzun illərdir bu mahnıya klip çəkilmirdi, qismət bu günə imiş” - deyə yazması onun Laçına özü üçün klip çəkdirməyə getdiyi təəssüratını yaradıb. Halbuki, bu, belə deyildir, S.Ələkbərzadə AzTV-nin “Oxuyur, Vətən!” layihəsinin Laçın çəkilişlərinə cəlb edilmiş 14 ifaçıdan biridir.
Laçın şəhərindən hazırlanan “Oxuyur, Vətən!” tezliklə efirdə olacaq!
"Ağdam" teqi üzrə xəbərlər
- Ermənistanın zenit-raket kompleksi necə məhv edilmişdi? - Havada vurulan texnikadan GÖRÜNTÜLƏR
- Ermənilərin xeyli silah-sursat topladığı ərazidən YENİ GÖRÜNTÜLƏR
- Ağdamda 94 yaşlı kişini avtomobil vurub
- "Qafqazın Hirosiması" adlandırılan Ağdam: Ermənilərin viran qoyduğu şəhər
- Ombudsmanların Beynəlxalq Bakı Forumu iştirakçılarının azad olunmuş ərazilərə səfəri başlayıb