Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.
Oxu.Az bu barədə ADY-yə istinadən xəbər verir.
Məlumata görə, əlavə təyin edilən qatarlar avqustun 22-də və 24-də saat 09:15-də Bakıdan Ağstafaya, avqustun 23-də və 25-də saat 15:00-da isə Ağstafadan Bakıya yola düşəcək.
Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin saytından (www.ady.az) və ya "ADY Mobile" tətbiqi vasitəsilə əldə etmək mümkündür.
"Azərbaycan Dəmir Yolları QSC (ADY)" teqi üzrə xəbərlər
- Qatarı dayandıran inəyə görə səkkiz min manat CƏRİMƏ
- Selin fəsadı ilə bağlı RƏSMİ CAVAB: "Siyəzəndə dəmiryol ərazisində ziyan olmayıb"
- ADY: "Sərnişin qatarlarının hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur"
- Yevlax-Ağdam dəmir yolunun yenidən qurulması nə vaxt başa çatacaq?
- ADY-dən ayrılan department müdirinə yüksək vəzifə verildi
Ən çox oxunanlar