Akademik Lətif İmanov küçəsinin bir hissəsindən - prospekt Hüseyn Cavid kəsişməsindən Şəfayət Mehdiyev küçəsinin kəsişməsinə qədər olan yolda aparılan təmir işləri başa çatmaq üzrədir.
Aşağıdakı şəkillərdən göründüyü kimi, yolda asfaltlama işləri aparılıb və yeni bordyurlar quraşdırılıb.
Oxu.Az Day.Az-a istinadən xəbər verir ki, işçilərdən birinin verdiyi məlumata görə, bircə kanalizasiya lyuklarının quraşdırılması qalıb.
İşlər dekabrın 12-də, yəni bu gün tamamlanacaq və yol yenidən istismara veriləcək.