Noyabrın 12-dən 13-nə keçən gecə Sabunçu rayonunda Bakı sakini Zamiq İbrahimov intihara cəhd edib.
Oxu.Az xəbər verir ki, bu barədə Vesti.Az-a Sabunçu rayon Polis İdarəsindən bildiriblər.
O, “Koroğlu” metrostansiyası yaxınlığında yerləşən körpüyə qalxıb və özünü oradan atacağını bildirib. Qeyd edək ki, bu körpüdə artıq bir neçə dəfə intihara cəhd və intihar olub.
Xoşbəxtlikdən FHN əməkdaşları Zamiq İbrahimovu sağ və salamat xilas edə biliblər. Aydın olub ki, kişi spirtli içkinin təsiri altında olub.
İbrahimovu bu addıma sövq edən səbəb aşkar edilib. İlkin istintaq zamanı İbrahimov etiraf edib ki, o, 1977-ci il təvəllüdlü qardaşı Ramin İbrahimova görə intihar etmək istəyib. Onun qardaşı bu ilin iyununda Suraxanı rayonu Zığ qəsəbəsinə gedən yolda avtomobil qəzasında həlak olub.
Sabunçu rayon Polis İdarəsindən alınan məlumata görə, həmin qəzada “Hyundai” və “Mercedes” markalı avtomobillər toqquşub. Məlumdur ki, yol hərəkəti qaydalarını pozan İbrahimov yol polisi əməkdaşlarından qaçmağa çalışıb, yüksək sürət nəticəsində YNH baş verib.
Fakt üzrə araşdırma davam edir.
00:47
FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşlarının intihara cəhd edən şəxslə apardığı danışıqlar öz nəticəsini verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, gənc xilas edilib və müvafiq avadanlıqların köməyi ilə körpüdən endirilib.
00:02
Hal-hazırda Koroğlu metrostansiyasının yaxınlığındakı körpüdə intihara cəhd hadisəsə yaşanır.
Oxu.Az Bizimyol-a istinadən xəbər verir ki, şəxsiyyəti hələ ki məlum olmayan orta yaşlı kişi körpüyə çıxaraq inthar etmək istəyir.
Vətəndaşın intihar cəhdinin səbələri məlum deyil.