Azərbaycanda koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, son günlərdə COVID-19-a yoluxma hallarının kəskin artması ilə əlaqədar olaraq paytaxt küçələrində epidemiya əleyhinə tədbirlər gücləndirilib.
Bakıda ümumşəhər dezinfeksiya həftəsi elan edilməsi səbəbindən bu gün səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollar xüsusi kimyəvi maddələrlə dezinfeksiya edilir.
Oxu.Az-ın əməkdaşı bu prosesi lentə alıb.
Həmin görüntüləri təqdim edirik:
FOTO: Firudin Səlimov