Fövqəladə Hallar Nazirliyi Bakının Binəqədi kəndində yanğınla bağlı məlumat yayıb.
Oxu.Az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın vətəndaşa məxsus ümumi sahəsi 175 m2 olan mansard tipli tikinti materiallarının satışı mağazasında baş verib.
Nəticədə mağazanın dam örtüyü və mansardı 168 m2 sahədə, bitişik ümumi sahəsi 96 m2 olan çay evinin damı və mansardı yanıb.
Mağazanın qalan hissəsi və digər bitişik mağazalar yanğından mühafizə olunub. Yanğın saat 20:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
22:21
Yanğın Bakının Binəqədi kəndində, bir neçə mağaza, aptek, gözəllik salonu və çay evinin fəaliyyət göstərdiyi birmərtəbəli binada baş verib.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, nəticədə binanın dam örtüyü yanıb.
Yanğının söndürülməsinə 10-dək yanğınsöndürən maşın cəlb edilib.
Məlumata görə, Dövlət Yanğından Mühafizə Xidməti hadisə yerində əməliyyat qərargahı yaradıb. Hal-hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir. Yanğının baş vermə səbəbləri araşdırılır.
20:25
Paytaxtın Binəqədi qəsəbəsinin mərkəzində tikinti materialları mağazasında yanğın baş verib.
Oxu.Az Virtualaz.org-a istinadən xəbər verir ki, əraziyə gedən və gələn yollar bağlanıb.
Əraziyə polis, yanğınsöndürənlər və təcili yardım briqadaları gəlib.
Şahidlərin sözlərinə görə, yaralı var.
S.B.
www.oxu.az