Bu gün günorta saatlarında Bakının Səbail rayonu ərazisində zəncirvari yol qəzası baş verib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Parlament prospektində qeydə alınan qəza nəticəsində üç avtomobil toqquşub. Belə ki, Milli Təhlükəsizlik Nazirliyinin inzibati binasının qarşısında 10 FU 999 dövlət nömrə nişanlı “Toyota Land Cruiser”, 90 SD 091 dövlət nömrə nişanlı “Toyota RAV4” markalı avtomobil və 90 CJ 864 dövlət nömrə nişanlı “KIA” markalı avtomobillər toqquşub.
“Land Cruiser” markalı avtomobilin sürücüsü Ramin Əliyevin verdiyi məlumata görə, işıqforun qırmızı işığında qarşısında avtomobil qəfildən dayanıb. Nəticədə avtomobillər bir-biri ilə toqquşub.
Hadisə nəticəsində ölən və xəsarət alan yoxdur. Qəza ilə bağlı polis tərəfindən araşdırma aparılır.



www.oxu.az