Bir neçə gün əvvəl “yiyəsi çıxmayan” Binə qəsəbəsi, Südçülük sovxozu adlanan ərazidə yaşayan sakinlərin su və yol problemləri haqqqında məlumat vermişdik.
Baku TV-nin reportajından sonra qəsəbənin faktiki olaraq Suraxanı rayonuna aid olduğu müəyyənləşib. Bu gün isə Suraxanı icra hakimiyyətinin başçısı Əziz Əzizov və digər icra nümayəndələri əraziyə gələrək sakinlərin problemləri ilə maraqlanıb. Görüş ərzində sakinlər mövcud problemlərini şəxsən icra başçısına çatdırıblar.
İcra başçısı sakinlərin əsas problemi olan yolun asfaltlaşmasını öz üzərinə götürüb. Ərazinin tamamilə sənədləşmə və su problemlərinin isə ümumilikdə aprel ayına qədər öz həllini tapacağına söz verib.
Sail Ağasəlim
Elgün Hümbətov