Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mətləb Quliyevin doğum günüdür.
Oxu.Az-ın məlumatına görə, Mətləb Kamran oğlu Quliyev 1959-cu il yanvarın 9-da Beyləqan şəhərində anadan olub, uşaq vaxtı ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb.
O, 1992-ci ildə leytenant rütbəsində Daxili Qoşunlarda xidmətə başlayıb, cəbhənin müxtəlif istiqamətlərində cəsarətlə vuruşub.
1992-ci il avqustun 31-də Ağdam bölgəsində düşmənə qarşı döyüşdə şəxsi şücaət göstərib, pulemyotla təkbaşına düşmənin üzərinə yeriyib, onlarla erməni yaraqlısını məhv edib, özü də qəhrəmanlıqla həlak olub. 1992-ci il noyabrın 6-da Milli Qəhrəman adına layiq görülüb.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Sumqayıt şəhər 3 saylı orta məktəbi onun adını daşıyır, məktəbin qarşısında büstü qoyulub.
Yaşadığı binaya xatirə lövhəsi vurulub, adına bulaq var.