Doğrudan da, utancvericidir! Ona görə yox ki, Dorians şərəfli yer tutmadı (düşünürəm ki, az adam onun ilk beşliyə düşəcəyi barədə illüziyalara qapılıb). Hətta ona görə də yox ki, Azərbaycan bizdən çox irəlidədir. Başqa şey toxunur bizə. Belə qeyri-ciddi dövlətimizin olması bizə toxunur”.
Milli.Az xəbər verir ki, bu sözləri Vaqan adlı Ermənistan vətəndaşlarından biri “VKontake” sosial şəbəkəsindəki profilində yazıb.
“Misal üçün, “Eurovision”u misal götürək. Əgər bizim ölkəmiz bu müsabiqədə qalib olsaydı belə, onu keçirməyə gücü olmazdı. Dövlətimizin bu tədbiri keçirmək üçün gücü yoxdur. Hətta belə əhəmiyyətli tədbiri keçirməyə yerimiz də yoxdur. Bax bu utancvericidir”, - o qeyd edib.
Vaqan azərbaycanlılara qibtə etdiyini də etiraf edib.
“Azərbaycanlılara isə halal olsun. Artıq neçənci ildir ki, müsabiqədə mötəbər yer tuturlar. Yaxşı səsləri olan gözəl qızlar-oğlanlar gəlirlər və ölkələrini yaxşı tərəfdən Avropaya, hətta dünyaya təqdim edirlər. Məgər bizdə belə gözəl və yaxşı müğənnilər yoxdurmu? Düşünürəm ki, kifayət qədərdir, hətta onlardan da yaxşıları var. Amma lazımlı adamlar başa düşürlər ki, onsuz da Ermənistanın “Eurovision”a ev sahibliyi etməyə imkanı yoxdur. Azərbaycan isə hətta hər il keçirə bilər”, - o vurğulayıb.
http://photos.milli.az/images/year_2013/189545/005.JPG
www.milli.az
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin