Fövqəladə Hallar Nazirliyi (AMEA) AMEA Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyevin ölümü ilə bağlı məlumat açıqlayıb.
Oxu.Az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda mənzildə 2 nəfər bağlı qapı arxasında qalıb.
Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açıb, 1936-cı il təvəllüdlü Hacıyev Tofiq İsmayıl oğlunun cəsədi və 1 nəfəri huşsuz vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriliblər.
E.Ə.
www.oxu.az