Baku TV-nin "Aktual Gündəm" verilişinin budəfəki buraxılışında təhsilin gələcəyi, əmək bazarının dəyişən tələbləri və peşə təhsilinin perspektivləri müzakirə edilib.
Planetar beyin dövrü başlayır: təhsil əvvəlki kimi olmayacaq?
Universitetdən sonra iş tapmaq niyə çətinləşir?
Gələcəyin milyonçuları universitetdən yox, peşə məktəblərindən çıxacaq?
Bolluq iqtisadiyyatı klassik əmək bazarını necə dəyişdirəcək?
Ali və peşə təhsili arasında yeni tarazlıq necə formalaşır?
İqtisadçı-ekspert Ceyhun Piriyev, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Şaban Cəərçiyev, Beynəlxalq Təhsil və Ali Təhsil Mərkəzləri Birliyinin sədri Bəxtiyar Nəcəfov, Beynəlxalq Əmək Təşkilatının iqtisadi eksperti, biznes təlimçi Bella Bəşirova ilə bu və digər suallar ətrafında fikir mübadiləsi aparılıb.