Gəncədə ölüm hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Gəncənin Kəpəz rayon Polis İdarəsindən verilən məlumata görə, hadisəsi yanvarın 25-də günorta saatlarında şəhərin DOS 102 adlanan ərazisində baş verib.
Şəhər sakini, 1991-ci il təvəllüdlü Cabbarova Ayşən İntiqam qızı evində pərdə asarkən 7-ci mərtəbədən pəncərədən yerə düşüb.
Ölümcül vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılan A. Cabbarova dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.