Qəzza xalqı İslam ümmətinin məzlumluq rəmzidir. Qəzza bu günün dünyasının iç üzünü açır, dünya güclərinin mahiyyətini ortaya qoyur. İşğalın, haqsızlığın nə olduğunu üzərində hiss edən azərbaycanlılar qədər Fələstini başa düşən, onun dərdini anlayan ikinci xalq yoxdur.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, bu fikirləri ilahiyyatçı alim Hacı Şahin Həsənli Facebook səhifəsində bildirib.
İlahiyyatçı yazıb ki, bu gün biz bir ümmət olaraq ən çox birliyə, baxışlarımızın təzələnməsinə və özünəinama ehtiyaclıyıq. Biz məzlum deyil, əzəmətli ümmət olmalıyıq. Allah qana susamış zalımları müsəlmanların əli ilə məğlub etsin, bəşəriyyəti insanlıq yoluna yönəltsin.