“Həftəsonları taksilər fəaliyyət göstərəcək”.
Oxu.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) sədri Ülvi Mehdiyev deyib.
Onun sözlərinə görə, məqsəd sıxlığın azaldılmasıdır:
“Hər bir təşkilat məhdud sayda əməkdaşının işə gəliş-gedişini təmin etmək üçün taksi xidmətlərindən istifadə edə bilər. Düşünürəm ki, iki gün ərzində bunu etmək mümkündür”.
“Həftəsonları taksilər fəaliyyət göstərəcək”.Oxu.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan...
Könül Cəfərli
Rəylər