Bakı şəhərinin Suraxanı rayonunun Hövsan qəsəbəsində əraziyə qida tullantılarının atılması sakinlərin narazılığına səbəb olub.
Oxu.Az xəbər verir ki, bununla bağlı redaksiyanın qaynar xəttinə (+994 55 224-12-12) müraciət daxil olub.
Bildirilib ki, Hövsanda "Maşın bazarı" adlanan ərazinin arxa hissəsində böyük bir ərazidə antisanitar vəziyyət hökm sürür. Əraziyə mütəmadi olaraq qida məhsulları, o cümlədən toyuq leşləri və xarab yumurtalar yük avtomobilləri ilə gətirilərək atılır.
Sakinlər qeyd edirlər ki, ətrafda fəaliyyət göstərən toyuq fermaları yerləşdiyi üçün tullantıların mənbəyinin müəyyənləşdirilməsi aidiyyəti qurumlara çətin olmamalıdır.



Oxu.Az-ın əldə etdiyi məlumata görə, sözügedən ünvanda antisanitar vəziyyət polisin müşayiəti ilə aidiyyəti dövlət qurumları tərəfindən aradan qaldırılıb.





